20 iyun 2025 - 19:43
Trampın təhdidlərinə cavab olaraq İslam Dünyasının Ali təqlid Mərcələri İmam Xameneini tam dəstəklədilər

Ali Təqlid Mərcələrinin verdikləri bəyanatlarının məzmunlarını siz əzizlərimizə təqdim edirik:

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam Dünyasının Ali Təqlidlərindən olan Ayətullah Uzma Seyyid Sistani, Ayətullah Uzma Məkarim Şirazi, Ayətullah Uzma Nuri Həmədani, Ayətullah Uzma Cavadi Amoli, Ayətullah Uzma Subhani və Ayətullah Uzma Şübeyri Zəncani ayr-ayrılıqda bəyanat verərək, böyük şeytan olan Amerika Birləşmiş Ştatlarının bambılı prezidentinin Ümümdünya Müsəlmanlarının Ali Lideri, Vəliyyi Fəqih, Ayətullah Seyyid Əli Xamenei cənablarına həqarət hesab olunan “təhdidini” kəskin şəkildə məhkum ediblər.

Ali Təqlid Mərcələrinin verdikləri bəyanatlarının məzmunlarını siz əzizlərimizə təqdim edirik:

Ayətullah Uzma Məkarim Şirazi: “Ali Məqamlı Rəhbərin nə tənha Şiə Dünyasında habelə İslam Aləmində mövcudluğu Bizim əqidmizdə ən həssas məsələdir və heç bir saleh və azadə Müsəlman, bu təhdidlərə tab gətirib, dözə bilməz!”

Ayətullah UzmaSeyyid Sistani: “İran İslam Respublikasına hərbi təcavüz və bu ölkənin Ali Siyasi və Dini Rəhbərinin sui-qəsd edilməsi ilə bağlı hər-hansı bir təhdidi kəskin sürətdə məhkum edirik!”

Ayətullah Uzma Nuri Həmədani: “İslam Ümmətinin Ali Rəhbərliyinə və Ali Təqlid Mərcəsinə qarşı hər-hansı bir təhqirin və sui-qədin edilməsi, İslam Dinin əsaslına və külli Müsəlman aləminə təhqir və sui-qəsd hesab olunur. Buna görə də, bu addım mömin İran xalqının və bütün dünya azadə insanlarının möhkəm təpkisi ilə qarşılanmalı olacaqdır!”

Ayətullah Uzma Cavadi Amoli: “İslami İran, xalq kütləsi, üləma və professorlar, İslam Hakimiyyətinin Məsul Şəxsləri, Ali Rütbəli siyasətçilər, müqavimət və istiqlaliyyətin mehvəri və oxu olan Ali Məqamlı Rəhbər Allahın Pənahında var olsunlar.”

Ayətullah Uzma Cəfər Sübhani: “Hamıya audın və bəlli olan bu həssa şəraitdə dünyanın bütün nöqtələrində olan İslam üləmalarının, Dini rəhbərlərinin vəzifəsidir ki, küfrün İslam Dünyasına hərbi təcavüzünü məhkum etsinlər və hamılıqla yeksəda olaraq bu təcavüzün qarşısını alsınlar.”

Ayətullah Uzma Şübeyri Zəncani: “Bu rejim, ilkin insan haqqlarını pozmaqla, qadınların, körpələrin, günahsızların, hərbiçilərin və sivil vətəndaşların qətlinə başlamış və aşkar sürətdə Ali Məqamlı Rəhbəri (Vəliyyi Fəqihi) ölümlə hədələmişdir. Belə bir həssas şəraitdə milli vəhdətimizi qorumaq, huşyar olmaq, xeyrxahlıq göstərmək, möminlərin birliyi və digərləri ilə bərabərliyi bütün bu təhdidlərin qarşısında olan bir silahdır. Bütün qələm sahiblərinə və beynəlxalq orqanlara vacidir ki, qətiyyətlə bu zalmcasına olan hərbi təcavüzün və əvəzolunmaz xəsarətlərin qarşısını alsınlar.”

Sizin rəyiniz

You are replying to: .
captcha