Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İraqdın Kazimeyn şəhərində, İmam Kazım (əleyhi səlam) ilə İmam Cavadın (əleyhi səlam) müqəddəs hərəmlərində, zəvvarlar və Əhli-beyt (ə) aşiqlərinin böyük izdihamı ilə Şiələrin doqquzuncu İmamı, Həzrət İmam Muhəmməd Təqi əl-Cəvadın (əleyhi səlam) simvolik dəfn mərasimi keçirilib. Bu mərasim Əhli-beyt (ə) aşiqlərinin Allah Təalanın yer üzərində təyin etdiyi 12 Xəlifədən Doqquzuncusu başda olmaqla 12 İmamın on ikisi ilə də bağladıqları sədaqət və beyətinin yenilənməsi rəmzidir.
Sizin rəyiniz